2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Beynəlxalq təşkilatlar sentyabrın 15-dən məktəbləri açmağa çağırıb

Bakı/01.09.21 Ümumdünya Səhiyyə Təşkilatı və UNİCEF Azərbaycan hakimiyyətini daha yüksək təhlükəsizlik tədbirlərini təmin edərək məktəbləri açıq saxlamağa çağırır. Bu təşkilatların birgə məlumatında müəllimlər və digər məktəb işçilərinin peyvəndlənməsi, sinif otaqlarının daha yaxşı havalandırılması, siniflərdə şagird sayının azaldılması, fiziki məsafənin gözlənilməsi, məktəb əməkdaşlarının virusa qarşı müntəzəm yoxlanılması və valideynlərin təhlükəsizlik tədbirləri haqda davamlı məlumatlandırılması zərurəti qeyd edilir.

ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı qeyd edir ki, məktəblərin bağlanmasının uzunmüddətli mənfi nəticələri var. “ÜST ölkələri, o cümlədən də Azərbaycanı COVİD-19-u müxtəlif ştamlarının yayılması riskini minimuma endirərək, məktəbləri açıq saxlamağa çağırır”.

Öz növbəsində, UNİCEF-in Azərbaycandakı nümayəndəsi Aleks Haykens qeyd edib ki,məktəblərin bağlanması uşaqlara ciddi mənfi təsir göstərir.

Saytların yığılması Saytlarin yigilmasi

“Uşaqlar və gənclər təhsilin daha bir il uzadılması riskinə məruz qalmamalıdır”, deyə o qeyd edib və təhlükəsizliyi təmin edərək, sentyabrın 15-dən məktəbləri açmağa çağırıb. -02D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button